2025-ci ilin martın 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verilmiş biznes kreditlərinin həcmi 2 milyard 702,4 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bu növ kreditlərin həcmi aylıq müqayisədə 12,3 milyon manat (0,5%), illik müqayisədə 47 milyon manat (1,8%) artıb.
Qeyd edək ki, sənaye sahəsinə verilmiş biznes kredit portfeli ötən ayın 1-nə 2 milyard 690,1 milyon manat, ötən ilin eyni dövrünə 2 milyard 655,4 milyon manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin martın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 777 milyon manat təşkil edib.
Biznes kredit portfeli aylıq müqayisədə 67,1 milyon manat (0,5%), illik müqayisədə 1 milyard 713,3 milyon manat (13,1%) böyüyüb.
Qeyd edək ki, ümumi biznes kredit portfeli 2025-ci ilin fevralın 1-nə 14 milyard 709,9 milyon manat, ötən ilin eyni dövrünə 13 milyard 63,7 milyon manat təşkil edib.