“NBC Bank” ASC 2018-ci ilin üç ayını 818,1 min manat xalis mənfəət ilə başa vurub. FED.az xəbər verir ki, bank 2017-ci ili 80.5 min manatlıq zərərlə yekunlaşdırsa da, gəlirlərini artıraraq mənfəətə çıxıb.
Bankın cəmi gəlirləri 4 milyon 613 min manat təşkil edib. Gəlirlərin strukturunda faiz gəlirləri 3 milyon 974 min manat, qeyri-faiz gəlirləri 639 min manat olub.
Eləcə də bax: Bank yenə zərərdə qaldı - HESABAT
2017-ci ilin sonunda “NBC Bank”da 204 milyon 125 min manat təşkil etmiş cəmi aktivlər, 2018-ci ilin Mart ayının sonunda 221 milyon 879 min manata, müştrilərə verilmiş kreditlər isə 154 milyon 396 min manatdan 164 milyon 628 min manata yüksəlib.
İlk 3 ayda depozitlər 8 milyon 560 min manat artaraq 82 milyon 529 milyon manata çatıb.
Bankın məcmu kapitalı isə 56 milyon 590 min manatdan 57 milyon 446 manata qalxıb.