“Nikoil Bank” ASC 2018-ci ilin yanvar-mart ayları üzrə maliyyə göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, bankın cəmi gəlirləri 17 milyon 973 min manat olub. Gəlirlərin strukturunda faiz gəlirləri 16 milyon 537 min manat, qeyri-faiz gəlirləri 1 milyon 437 min manat təşkil edib.
Bankın faiz və qeyri-faiz xərcləri 9 milyon 380 min manat olub və 8 milyon 592 min manat əməliyyat mənfəəti əldə edib. Buna baxmayaraq, bank rübü 309 min manat zərərlə başa vurub, çünki “Nikoil Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 8 milyon 902 min manat ayırma edib.
Eləcə də bax: Bank zərərdən mənfəətə keçdi
Bank 488 milyon 369 min manat cəmi aktivlərə, 388 milyon 625 min manat cəmi öhdəliklərə malik olub.
“Nikoil Bank”ın banklar da daxil olmaqla maliyyə institutlarındakı depozitləri, qiymətli kağızlara investisiyaları və digər maliyyə institutlarına ayırdığı vəsaitlər də yüksəlib.
Bankın müştərilərə verdiyi kreditlər isə azalıb. 2017-ci ilin sonunda kredit portfeli 291 milyon 46 min manat təşkil etmişdisə, bu ilin 3 ayında 278 milyon 64 min manata düşüb. Bankda depozitlər isə 3 ayda təxminən 21 milyon manata yaxın artaraq 250 milyon 38 min manata qalxıb.