Banner

Bank

"Bank VTB Azərbaycan"nın dəstəyi ilə - XATİRƏ GECƏSİ KEÇİRİLİB

"Bank VTB Azərbaycan"nın dəstəyi ilə - XATİRƏ GECƏSİ KEÇİRİLİB | FED.az
17:37 28 Yan 2020

Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə Rəşid Behbudovun xatirə gecəsi keçirilib.

Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR

FED.az xəbər verir ki, Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə R.Behbudov adına Mahnı teatrında dahi sənətkar, SSSRİ xalq artisti R.Behbudovun xatirə gecəsi keçirilib. Tədbirdə incəsənət və  ictimai xadimlər, eləcə də biznes nümayəndələri iştirak edib.

Eləcə də bax: «Bank VTB Azərbaycan» müştərilərinə - QEYRİ-BANK XİDMƏTLƏRİ GÖSTƏRƏCƏK - MÜSAHİBƏ

“Bank VTB (Azərbaycan) öz sosial fəaliyyətində mədəni irsin inkişafına xüsusi yer ayırır. 10 illik fəaliyyəti çərçivəsində bank bir sıra ictimai əhəmiyyətli layihələrə imza atıb. Bu dəfəki layihəmiz görkəmli şəxsiyyət Rəşid Behbudova həsr olunub. Belə ki, bu il Rəşid Behbudovun anadan  olmasından 105 il ötdüyünü nəzərə alaraq, 2020-ci ilin təqvimini unudulmaz müğənninin xatirəsinə həsr etmişik. Bu gün də onun xatirəsini elə özünün qurduğu Mahnı teatrında anırıq”- deyə bank VTB(Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.

“Rəşid Behbudov  Azərbaycanla Rusiya arasında bir körpüdür. O, Azərbaycanla yanaşı Rusiyada da sevilir. Bank VTB (Azərbaycan)-ın belə bir layihəni reallaşdırması da təqdirə layıqdır ” - Rəşid Behbudov fondunun direktoru Kamil Şahverdiyev qeyd edib.

Tədbirdə xalq artistləri Salman Qəmbərov, Gülyanaq Məmmədova, əməkdar artistlər Aygün Zeynalova, Fəxri Kazım-Nicat, Aynur İsgəndərova və digər sənət adamları Rəşid Beybudovun repertuarından mahnilar ifa edib. 

Tədbirdən olan videoçarxa link vasitəsi ilə baxmaq mümkündür.

Digər xəbərlər

Banner