Azərbaycanın aparıcı banklarından olan «Bank VTB Azərbaycan» 2020-ci ildən etibarən müştərilərinə yeni xidmətlər təklif etməyə hazırlaşır. Bu xidmətlərdən bir hissəsi qeyri-bank sektoruna aiddir. Yenilik bankın 2020-ci ildə həyata keçirəcəyi və bir neçə gün əvvəl mətbuata açıqladığı strategiyada nəzərdə tutulub. Bankın İdarə Heyətinin Sədri Yevgeni Kirin bu və digər yeniliklər FED.az-a izah edib
Eləcə də bax:Bank sədri: "Bu il 5-6 milyon MƏNFƏƏTİMİZ OLACAQ"
- Cənab Kirin, təqdimatda bankınızın qeyri-bank xidmətləri göstərəcəyini də elan etdiniz. Qeyri bank xidmətləri deyəndə hansı xidmətlər nəzərdə tutulur?
Eləcə də bax:"Bank VTB Azərbaycan" göstəricilərini açıqlayıb - HESABAT
- Qeyri bank xidmətləri deyəndə yenə də bank xidmətldərinə dəstək olan xidmətlər başa düşülür. Söhbət sığotadan, müştərilərə məsləhət xidmətlərinin verilməsindən, o cümlədən vergi tutulması sahəsində məsləhətlərdən gedir. Əgər biz fiziki şəxslər barədə danışırıqsa, bu həm də hüquqi məsləhətlərdir. Çünki bəzi hallarda müştəriyə belə kömək lazım olur və biz də belə xidmətləri göstərməyə hazırıq. Əgər şirkətlər və hüquqi şəxslərdən söhbət gedəndə isə ilk növbədə vergi məsləhətləri və maliyyə menecmenti ilə bağlı məsləhətlər göstəririk. Biz öz partnyorlarımıza belə dəstək göstərməyə hazırıq, çunki bu bizim partnyorların inkişafına kömək edir. Bununla da müştərimiz səhvlərdən və çətinliklərdən yaxa qurtarır biz isə müştərilərin loyallığını qazanırıq.
- Qeyd etdiyiniz xidmətlər pulsuz olacaq?
- Burada fərqli formatlar olacaq, hər şey göstərilən xidmətlərin həcmindən asılı olacaq
Eləcə də bax:Bəzi dövlət layihələrini maliyələşdirməyi – müzakirə edirik - Bank VTB Azərbaycan
- Qeyri-bank xidmətlərin göstərilməsinə nə vaxtdan başlanacaq?
- Düşünürəm ki, 2020-ci ilin ikinci yarısından başlayacaq. Amma bu birdən deyil, tədricən tətbiq ediləcək.
- Siz bildirdiniz ki, Rusiyada məlumat bazası var ki, şirkətlər öz partnyorlarını buna əsasən tanıya bilərlər, Azərbaycanda isə belə baza yoxdur. Sizcə belə baza necə yaradıla bilər və banklar belə bir bazadan istifadə üçün ödəniş etməyə hazırdırlarmı?
- Biz buna pul ödəmyə hazırıq. Hələlik belə bazalar yoxdur. Onun mənbəyi vergi xidməti ola bilər. Bunun özü vergi islahatının daha bir müsbət nəticəsi olacaq. Bu islahatlardan cəmiyyət bir də bu formada faydalanacaq. Çünki şəffalıq təkcə şirkətlər haqqında məlumat deyil və təkcə vergidə olan məlumatlar deyil. Bu həm də həmin məlumatın cəmiyyət və daha geniş təbəqə üçün əlçatan olması deməkdir. Əməliyyat aparacağın qarşı tərəfi yoxlamaq istəyirsən, məsələn, istəyirsən biləsən ki, əvvələdən ödəmə oldmadan bu şirkətə mal göndərə bilərsənmi? Banklar da belə məlumatarı bilmək istəyir ki, öz müştərilərini - potensial borcalanlarını qiymətləndirə bilsinlər. Belə məlumat bazaları mövcuddur, bu dünya praktikasıdır. Məncə Azərbaycan da bu məsələdə Rusiya və ya başqa ölkələrin müsbət praktikasından istifadə edə bilər. Bunun çox müsbət təsirləri ola bilər. Mən əminəm ki, həm baklar həm də şirkətlər belə məlumatdan istifadə edəcəklər.
- Siz Azərbaycan sahibkarlarına daha bir maraqlı xidmət göstərirsiniz - həm Rusiya, həm də Azərbaycanda çalışan eyni iş adamlarına dəstək. Azərbaycanın bəzi iş adamları, hansı ki, Azərbaycanda parnikləri var onlar Rusiyada da müəyyən təsərrüfatlar yaradırlar. Bank VTB Azərbaycandakı kredit əməkdaşlıq tarixçəsini əsas tutaraq belə müştərilərə Rusiyada da dəstək verə bilərmi?
- Bəli, bu məsələdə bizim üstünlüyümüz var çünki biz Rusiya bankıyıq və onları tanıyırıq və onlara dəstək verməyə hazırıq. Bu bizim konkret üstünlüyümüzdür. Azərbaycanda bizdən başqa heç bir bank sərhəddin hər iki tərəfində belə xidmət təklif etmək gücündə deyil
- Sizin bu sahədə təcrübəniz varmı?
- Bəli əlbəttə, parniklər deyil, amma başqa fəaliyfətlərlə bağlı təcrübəmiz var. Hansı ki, eyni benefisiarın iki şirkəti sərhədin hər iki tərəfində çalışır. Bunlar fərqli hüquqi şəxslər olsa da, təsisçiləri eyni şəxslərdir. Parniklər deyil, amma kənd təsərrüfatı sahəsindəki bizneslərdir.