2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandakı banklar 107,7 mln. manat xalis mənfəət, 161,8 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Eləcə də bax: Aktivlərindən ən yaxşı istifadə edən banklar - SİYAHI-CƏDVƏL
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 47,3% artıb. Əməliyyat mənfəətinə gəldikdə, sözügedən göstərici illik müqayisədə 18,1% artıb. (Apa)