Azərbaycanda fəaliyyət göstərən 26 bank ötən ili 609 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 38 462,2 milyon manat məbləğində aktivlərin 1,6%-i qədərdir.
Biznes kreditləri portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az xəbər verir ki, ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2021-ci ildən mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 4,6%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" aktivlərinin məbləğinə görə ölkədə 14-cüdür.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “AFB Bank” ASC tutub. Bu bank ötən il aktivlərinin 3,4%-i qədər mənfəət əldə edib. Bu arada, "AFB Bank" aktivlərinin məbləğinə görə, 26 bank arasında 21-ci yerdə qərarlaşıb.
3-cü yerə isə “Kapital Bank" ASC sahib çıxıb. Bu bankın illik mənfəəti aktivlərinin 2,7%-i qədər olub. Halbuki, "Kapital Bank" aktivlərinin məbləğinə görə, banklar arasında 2-cidir.
Mənfəətlə işləyən qalan 20 bankdan isə 2-də sözügedən göstərici 2,2%, 7 bankda 1-2% arasında, 11 bankda isə 0-1% arasında dəyişir (Renkinq).
|
№ |
Bankın adı |
Bankın illik mənfəətinin /zərərinin aktivlərinə nisbəti |
|
1 |
Bank of Baku |
4,6% |
|
2 |
AFB Bank |
3,4% |
|
3 |
Kapital Bank |
2,7% |
|
4 |
Express Bank |
2,2% |
|
5 |
Yelo Bank |
2,2% |
|
6 |
Azərbaycan Beynəlxalq Bankı |
1,8% |
|
7 |
Bank VTB Azərbaycan |
1,8% |
|
8 |
Naxçıvan Bank |
1,8% |
|
9 |
Zıraat Bank Azərbaycan |
1,8% |
|
10 |
Bank Respublika |
1,6% |
|
11 |
PAŞA Bank |
1,4% |
|
12 |
Xalq Bank |
1,2% |
|
13 |
Bank Avrasiya |
0,5% |
|
14 |
Unibank |
0,5% |
|
15 |
Azərbaycan Sənaye Bankı |
0,3% |
|
16 |
Premium Bank |
0,3% |
|
17 |
Rabitəbank |
0,3% |
|
18 |
Bank BTB |
0,2% |
|
19 |
Günay Bank |
0,2% |
|
20 |
Muğan Bank |
0,2% |
|
21 |
Access Bank |
0,1% |
|
22 |
Azər-Türk Bank |
0,1% |
|
23 |
Turan Bank |
0,1% |
|
24 |
Yapı Kredi Bank Azərbaycan |
-0,2% |
|
25 |
İran Milli Bankı - Bakı |
-2,3% |
|
26 |
Pakistan Milli Bankı - Bakı |
-4,2% |












