Banner

Bank

Bank sektorunun aktivləri - 2,9% AZALIB

Bank sektorunun aktivləri - 2,9% AZALIB | FED.az
20:58 31 May 2020

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 272,8 milyon manat təşkil edib.

Eləcə də bax: Azərbaycanda bank kreditləri – AZALIB - AÇIQLANDI

FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, son bir ayda – apreldə bank sektorunun aktivləri 946 milyon manat və ya 2,9% azdır.

Son bir ildə is bank sektorunun aktivləri 5,05% artıb.

Bank aktivlərinin 13 285,1 milyon manatını kreditlər təşkil edir. Kreditlərin aktivlərdəki payı son bir ildə 37,8%-dən 42,5%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 5,4% artaraq 26 711,4 milyon manata çatıb, o cümlədən depozit portfeli 21,3% azalaraq 19,94 milyard manat olub. Bunun 7 657,5 milyon manatı fiziki, 12 282,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,2% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 20,7% artıb.

Son bir ayda isə əmanətlər 501 milyon manat, hüquqi şəxslərin depozitləri isə 146 milyon manat azalıb. 

Bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi 438,3 milyon manatdır (son biur ildə 76,5% artıb). 

Digər xəbərlər

Banner