Aprel ayında Azərbaycanda bankların kredit qoyuluşlarında kəskin azalma baş verib.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, aprelin sonuna ölkə bankların ümumi kredit portfeli 14 milyard 742,2 milyn manat olub.
Aprel ayında kredit portfeli 892,2 milyon manat və ya 5,7% aşağı düşüb.
İlin əvvəli ilə müqayisədə kredit portfeli 3,6% azalıb.
Apredin sonuna banklardakı problemli kreditlər 1 milyard 173,4 milyon manat və ya ümumi portfelin 7,96%-i qədərdir.
Maraqlıdır ki, bu dövrdə problemli kreditlər də təqridən 200 milyon manat azalıb və 2016-cı ildən bəri ilk dəfə olaraq 8%-dən aşağı düşüb.
Dəqiq açıqlanmasa da, bu bağlanmış bankların kreit portfelinin və problemli kreditlərinin statistikadan çıxarılması ilə bağlı ola bilər.