30 iyun 2025-ci il tarixinə “Bank Respublika”nın faiz gəlirləri 138 milyon 836 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 27 milyon 78 min manat və ya 24,2% artım deməkdir.
Faiz gəlirlərinin əsas hissəsini – 124 milyon 13 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon 207 min manat və ya 32,2% artıb.
Hesabat dövründə banklara və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 710 min manat və ya 2 dəfədən çox artaraq 1 milyon 390 min manata yüksəlib. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1 milyon 32 min manat (70,1%) artaraq 2 milyon 504 min manata, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri isə 835 min manat (13,1%) artaraq 7 milyon 216 min manata çatıb.
Bunun əksinə olaraq, bankın digər faiz gəlirləri 5 milyon 705 min manat və ya 60,6% azalaraq 3 milyon 713 min manata enib.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə “Bank Respublika”nın faiz gəlirləri 111 milyon 758 min manat təşkil etmişdi.