30 iyun 2025-ci il tarixinə “Bank Respublika”nın depozit portfeli 1 milyard 429 milyon 681 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 81 milyon 594 min manat və ya 6,1% artım deməkdir.
Depozit portfelinin 626 milyon 204 min manatı fiziki şəxslərin, 803 milyon 477 min manatı isə hüquqi şəxslərin payına düşüb.
İlin əvvəlindən hüquqi şəxslərin depozitləri 91 milyon 634 min manat (12,9%) artıb.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi depozit portfeli 1 milyard 348 milyon 87 min manat təşkil edirdi. Bu məbləğin 636 milyon 245 min manatı fiziki, 711 milyon 842 min manatı isə hüquqi şəxslərin depozitləri idi.