"Bank Respublika" 2024-cü ildə güclü maliyyə artımı nümayiş etdirib.
"Bank Respublika" böyüyüb, gəlirləri - MƏNFƏƏTİ ARTIB - HESABAT
FED.az xəbər verir ki, bankın ümumi gəlirləri əvvəlki illə müqayisədə 45 806 000 manat və ya 19,9% artaraq 276 408 000 manata çatıb. Bu dinamika bankın maliyyə göstəricilərində əhəmiyyətli irəliləyişin olduğunu göstərir.
Gəlir mənbələri üzrə də nəzərəçarpacaq dəyişikliklər müşahidə olunub. Kredit faizlərindən əldə olunan gəlir 164 275 000 manatdan 200 594 000 manata qədər yüksələrək 22,1% artım nümayiş etdirib. Bankın ümumi gəlirlərində kreditlərdən gələn vəsaitlərin payı isə 71%-dən 73%-ə qədər böyüyüb ki, bu da kreditlərin hələ də əsas gəlir mənbəyi olduğunu göstərir.
Komissiya haqları cüzi fərqlə artsa da, ümumi gəlirdəki çəkisi azalıb. 2023-cü ildə 30 052 000 manat olan bu göstərici 2024-cü ildə 30 322 000 manata çatıb. Lakin bankın gəlirlərinin digər sahələrdə daha sürətli artması nəticəsində bu kateqoriyanın payı 13%-dən 11%-ə düşüb.
Valyuta əməliyyatlarından əldə edilən gəlir isə azalaraq 10 804 000 manatdan 9 476 000 manata geriləyib. Bu azalma 12%-ə bərabərdir və ümumi gəlirdəki payını 5%-dən 3%-ə endirib.
Qiymətli kağızlardan faiz gəlirləri də geriləyən göstəricilər arasındadır. Bu mənbədən gələn gəlir 4 891 000 manatdan 3 461 000 manata qədər azalıb. Yəni, 1 430 000 manat və ya 29%-lik eniş baş verib. Bankın ümumi gəlirləri arasında bu gəlir maddəsinin çəkisi isə 2%-dən 1%-ə düşüb.
Bunun əksinə, digər banklarda yerləşdirilən depozitlərdən faiz gəlirləri artım nümayiş etdirib. 2023-cü ildə 11 178 000 manat təşkil edən bu göstərici 2024-cü ildə 13 592 000 manata qədər yüksəlib. Artım 2 414 000 manat və ya 21,6% olub və ümumi gəlirdəki payı 5% səviyyəsində stabil qalıb.
Digər banklara verilən kreditlər üzrə faiz gəliri isə əvvəlki illə müqayisədə demək olar ki, dəyişməyib. 2023-cü ildə 1 553 000 manat olan bu məbləğ cüzi artımla 1 557 000 manata çatıb. Ümumi gəlirdəki çəkisi isə dəyişməyərək 1% səviyyəsində qalıb.
Ən diqqətçəkən dəyişikliklərdən biri isə digər faiz gəlirlərində qeydə alınıb. 2023-cü ildə 7 849 000 manat olan bu göstərici 2024-cü ildə 17 406 000 manata yüksəlib. Bu, 9 557 000 manatlıq və ya 122%-lik bir sıçrayış deməkdir. Nəticədə, ümumi gəlirlər içində bu kateqoriyanın payı 3%-dən 6%-ə qədər genişlənib.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
200 594 |
73% |
Komissiya haqları |
30 322 |
11% |
Valyuta əməliyyatlarından gəlirlər |
9 476 |
3% |
QK-a investisiyadan gəlir |
3 461 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
13 592 |
5% |
Digər banklara kreditlərdən gəlirlər |
1 557 |
1% |
Digər faiz gəlirləri |
17 406 |
6% |
Digər qeyri-faiz gəlirləri |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
276 408 |
100% |