"Bank Respublika" 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bank 2024-cü ildə 236,6 milyon manat faiz gəliri əldə edib.
GƏLİR VƏ XƏRCLƏRDƏ MÜSBƏT DİNAMİKA
Hesabat dövründə bankın faiz gəlirləri 236 milyon 610 min manat olub ki, bunun da 200 milyon 594 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb.
Faiz gəlirləri son bir ildə 48 milyon 864 min manat (25%) , kreditlərən əldə edilən gəlirlər hesabına formalaşan faiz gəlirləri isə 36 milyon 319 min manat (22%) artıb.
Faiz xərcləri 13 milyon 364 min manat (18%) artaraq 86 milyon 74 min manata yüksəlib.
Beləliklə, xalis faiz gəlirləri 150 milyon 536 min manat olub ki, bu da illik müqayisədə 33 milyon 501 min manat və ya 29% çoxdur.
Qeyri-faiz gəlirləri 39 milyon 798 min manat, xərcləri isə 121 milyon 676 min manat olub. Xərclər 16 milyon 28 min manat (15%) artıb.
Qeyri-faiz gəlirlərinin 30 milyon 322 min manatı alınan haqq və kommisiya gəlirinin payına düşüb ki, bu da illik müqayisədə 270 min manat (1%) artıqdır.
Hesabat dövründə əmək haqqı xərcləri 66 milyon 911 min manat, ümumi və inzibati xərclər 30 milyon 5 min manat, amortizasiya xərcləri 4 milyon 111 min manat, digər xərclər isə 20 milyon 641 min manat olub. Əvvəlki illə müqayisədə əmək haqqı xərcləri 11 milyon 608 min manat (21%), ümumi və inzibati xərclər 957 min manat (3%), amortizasiya 888 min manat (27%), digər xərcləri isə 2 milyon 575 min manat (14%) artıb.
"Bank Respublika" 2024-cü ilin sonunu 14 milyon 867 min manat mənfəət vergisi öədnişindən sonra 50 milyon 570 min manat xalis mənfəətlə başa vurub. Bu 2023-cü ilin sonu ilə müqayisədə 10 milyon 317 min manat (49 %) çoxdur.
AKTİVLƏRİ VƏ KREDİT PORTFELİ BÖYÜYÜB
"Bank Respublika" 2024-cü ilin IV rübündə 2 milyard 176 milyon 633 min manat akitvlərə malik olub. Aktivlər 2023-cü iilin sonu ilə müqayisədə 45 milyon 657 min manat (2%) artıb.
Bankın kredit portfelində də artım müşahidə olunub. Belə ki, ümumi kredit portfeli 1 milyard 471 milyon 887 min manat təşkil edib. Kredit portfeli 2023-cü ilin sonu ilə müqayisədə 297 milyon 658 min manat (25%) böyüyüb.
Kredit portfelinin 312 milyon 267 min manatını istehlak, 1 milyard 13 milyon 361 min manatını biznes, 146 milyon 259 min manatını ipoteka kreditləri təşkil edib.
Əvvəlki illə müqayisədə istehlak kreditləri 61 milyon 522 min manat (25%), biznes kreditləri 211 milyon 980 min manat (26%), ipoteka kreditləri 24 milyon 394 min manat (20%) artıb.
DEPOZİT PORTFELİ 1,3 MİLYARD MANATDAN YÜKSƏKDİR
"Bank Respublika"nın öhdəlikləri 1 milyard 977 milyon 993 min manata, depzoit portfeli isə 1 milyard 348 milyon 87 min manat təşkil edib.
Depozit portfelinin 636 milyon 245 min manatını fiziki, 711 milyon 843 min manatını hüquqi şəxslərin depozitləri təşkil edib.
KAPİTALDA ARTIM DİNAMİKASI
Bankın balans kapitalı 42 milyon 881 min manat (28%) artaraq 198 milyon 640 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi 98 milyon 702 min manat təşkil edib ki, bu da illik müqayisədə 40 milyon 155 min manat (69%) çoxdur.