Azərbaycanın bank sektorunun aparıcı oyunçularından biri, aktivlərin həcminə görə, ölkənin 5-ci ən böyük bankı olan «Bank Respublika» 2023-cü ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
Azərbaycan bankları 3-cü rübü belə başa vururlar – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
Faiz gəlirləri 40 milyon manat artıb
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin 9 ayında bank daha da böyüyüb, gəlirləri və mənfəəti kəskin artıb.
Azərbaycan banklarının millər proqramları – HANSI DAHA SƏRFƏLİDİR? – SİYAHI, ŞƏRTLƏR
Hesabata əsasən, 2023-cü ilin 9 ayında «Bank Respublika»nın faiz gəlirləri 138 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni övrü ilə müqayisədə təqribən 40 milyon manat artıqdır.
Gəlirlər bütün istiqamətlərdə artıb
Faiz gəlirlərinin böyük hissəsi – 119 milyon manatı sürətlə böyüyən və 1 milyard manatı keçmiş kredit prtfelinin payına düşüb. Bu ötən ilki göstəricidən 25 milyon manat artıqdır.
Bundan başqa, «Bank Respublika» digər maliyyə təşkilatlarında yerləşdirdiyi depozitlərdən 8,2 milyon manat gəlir əldə edib.
«Bank BTB» zərərlə işləməyə başladı – DEPOZİTLƏRİ AZALIR – HESABAT
3,8 milyon manat isə qiymətli kağızlara yatırımlandan əldə edilib.
Özü də qazanır, başqalarına da qazandırır
Hesabat dövründə «Bank Respublika»nın faiz xərcləri də sürətlə artıb – xərclər 16 milyon manat və ya 42% artaraq 53.8 milyon manat olub.
«Bank Respublika»da əmanəti olanlara bu ilin 9 ayında 26,2 milyon manat faiz ödənilib.
«Bank Respublika»nın istiqrazlarını alanlar isə 9 ayda 5 milyon manat qazanıblar. Daha 14,9 milyon manat isə bankın götürdüyü kreditlər üzrə faiz kimi ödənilib.
Müştəri aktivliyi yüksəlib, 28 milyon əlavə gəlir
Nəticədə 9 ayın yekununda «Bank Respublika»nın xalis faiz gəliri 24 milyon manat artaraq 84 milyon manata yüksəlib.
Bankın qeyri faiz gəlirləri isə 9 ayda 28,5 milyon manat olub – bu demək olar ki, ötən ilki qədərdir, amma vacib məqam var.
Ötən il «Bank Respublika»nın 28 milyonluq qeyri-faiz gəlirinin 16,5 milyon manatı haqq və komissiya gəlirlərinin, 11,5 milyon manat isə xarici valyuta ilə əməliyyatların payına düşürdü.
Bu il isə bankın xarici valuta əməliyyatlarından gəlirləri azalsa da, əvəzində haqq və komissiya gəlirləri 25% artaraq 20,7 milyon manata çatıb – bu bankda müştəri aktivliyinin artımını göstərir.
Əmək haqqı və inzibati xərclərini artırıb
2023-cü ilin 9 ayında «Bank Respublika»nın qeyri-faiz xərcəri 12 milyon manat artaraq 64 milyondan 76,8 milyon manat sıçrayıb. Artımın 3,5 milyon manatı əməkhaqlarının payına düşür – 9 ayda 40,2 milyon manat. İnzibati xərclər isə 6 milyon manat artıb.
25 milyon xalis mənfəət var
Nəticədə «Bank Respublika»nın vergidən əvvəlki mənfəəti 34,3 milyon manat, 8,6 milyon manat verg ödənişindən sonra isə xalis mənfəəti 25,7 milyon manat olub.
Bu ötənilki göstəricidən 6,7 milyon manat və 35% artıqdır.
Bank 2 milyard manata yaxınlaşır
2023-cü ilin ilk 9 ayında «Bank Respublika»nın aktivləri daha 280 milyon manat artaraq 1 milyard 864 milyon manata yüksəlib.
Bunun 1 milyard 90 milyon manatı kredit portfelinin payına düşüb.
İlk ərzində bankın kreditləri 128 milyon manat artıb.
Portfelin əsasını biznes kreditləri tutur
Kredit portfelinin 742 milyon manatı biznes kreditlərinin payına düşür – 84 milyon manatıq artım var. İstehlak kreditləri 22 milyn manat artaraq 250 milyon manata, daşınmaz əmlak kreditləri isə 21 milyon manat artaraq 97 milyon manatı keçib.
Bankın öhdəlikləri isə 9 ay ərzində 260 milyon manat artaraq 1,7 milyard manatı və ya 1 milyard dolları keçib.
«Bank Respublika» kapital artırmağı da unutmayıb, hazırda bankın cəmi kapitalı 139 milyon manatı keçib ki, bu da ilin əvvəli ilə müqayisədə 21 milyon manat artıqdır.