Azərbaycanda bankların öz müştərilərinə təqdim etdiyi əlavə xidmətlərdən biri də miles proqramlarıdır.
Bankda əmanət saxlamaqla nə qədər qazanmaq olar? – BANKLAR, REAL FAİZLƏR – TAM SİYAHI - CƏDVƏL
Azərbaycanda “card-to-card” əməliyyatları üzrə mübahisələrin həlli - MÜZAKİRƏ EDİLİB
FED.az xəbər verir ki, bu proqramlar bankın müxtəlif xidmətərindən, əksər hallarda kartlar vasitəsilə nağdsız ödənişlərindən və turizm sahəsində alışlarından istifadə etməklə təyyarə uçuşlarında güzəşti nəzərdə tutur.
Bankda əmanət saxlamaqla nə qədər qazanmaq olar? – BANKLAR, REAL FAİZLƏR – TAM SİYAHI - CƏDVƏL
Amma müxtəlif banklarda bu proqrama yanaşma və şərtlər fərqlidir. Miles proqramının sərfəliliyinin əsas göstərici əməliyyat həcminə göə verilən millərdir.
FED.az xəbər verir ki, Azərbaycanda 24 bank fəaliyyət göstərsə də, onlardan cəmi 6-sı miles proqramı ilə çıxış edir.
İlkin araşdırma göstərir ki, bankların miles proqramları arasında çox maraqlı təkliflər var. Ənənəvi olaraq ən sərfəli variantı Azərbaycan Beynəlxalq Bankı təqdim edir - burada ölkə xarici hər 1 manatlıq əməliyyatla 1,8 mil qazanmaq olar.
«Rabitə bank»ın müştəriləri isə ən yüksək milləri «Apple pay» və «Google pay» vasitəsilə ödəniş etməklə qazana bilərlər.
Digər maraqlı təklif «Unibank»dadır – burada seçilən mağazalardan və xidmət yerlərindən asılı olaraq 1 manatlıq ödəniş üçün əldə edilən mil bonusları 4-5 milə də yüksələ bilər.
Digər banklarla müqayisədə əməliyyat başına ən aşağı mil təqdim edən bank «Premium Bank»dır. Burada cəmi 1 mil bonus əldə etmək üçün tələb olunan əməliyyat həcmi bəzən 10 maata çatır.
Bankların miles proqramlarının şərtləri aşağıdakı kimidir:
Banklar |
Millərin hesablanması |
ABB |
Sadə Mil Kartı : ölkə daxili əməliyyatlar 1 AZN -ə 1,2 mil verilir, ölkə xarici əməliyytalar 1 AZN-ə 1,6 mil verilir.
Premium Kart : ölkə daxili əməliyyatlar 1 AZN -ə 1,5 mil verilir, ölkə xarici əməliyytalar 1 AZN-ə 1,8 mil verilir. |
Kapital |
Ölkədaxili əməliyyatlar: 1 AZN = 1 Mil Ölkəxarici əməliyyatlar: 1 AZN = 1.5 Mil |
Bank of Baku |
Bolkart Diamond kartlarında aktivdir: Əməliyyat həcmi 1 azn = 1 bonus 1 bonus 100 mil hesablanır |
Bank Respublika |
Mil hesablanması NeoKart məhsulu üzərindən aparılır. Lakin mil formasında deyil, bonus olaraq dəyişdirilir. 1AZN= 20 NeoBonus |
Premium Bank |
«Aşağı statuslu» kartlarda Ölkə daxili əməliyyatlar 1 AZN = 0,1 mil (10 AZN= 1mil). Ölkə xarici əməliyyatlar 1 AZN= 0,125 mil (8 AZN= 1 mil).
«Yüksək statuslu» kartlarda Ölkə daxili əməliyyatlar 1 AZN= 0,14 mil (7 AZN= 1 mil). Ölkə xarici əməliyyatlar 1 AZN= 0,2 mil (5 AZN= 1 mil). |
Rabitə Bank |
Ölkə daxili ödənişlərdə 1 AZN= 0,75 mil. «Apple pay» və «Google pay» vasitəsilə edilən ödənişlərdə 1 AZN = 2,50 mil. |
Uni bank |
Kateqoriyalar üzrə partnyor mağazalarda alış-verişlər zamanı millərin hesablanması : Geyim: «Twinset» mağazasında alış-veriş zamanı 1AZN= 2,5 mil Aksesuarlar: “Prime Accessories”, “Silver Style” və “Swarovski” mağazalarında alış-veriş zamanı 1 AZN = 2,5 mil Texnika və Kompüterlər : “İrşad Elektroniks” 1 AZN= 2,5 mil, “Asus Brand Store” mağazasında 1AZN= 2,5 mil Parfümeriya: “Sabina”, “Adore Parfumery&Cosmetics” mağazalarında alış-veriş zamanı 1AZN = 1mil Kosmetika: “Beatrice”, “Golden Rose”, “La Parfumeria” və “NOTE” mağazalarından alış-veriş zamanı 1AZN= 2,5 mil “Pease” mağazasından alış-veriş zamanı isə 1AZN = 4 mil Uşaq üçün: “B&G Store” mağazasından alış-veriş zamanı 1 AZN= 2,5 mil Restoran: “KFC”, “Pizza Hut” və “Smit Sarayı”nda 1AZN= 2,5 mil. “Villa Pizza” restoranında isə 1AZN = 5mil. Avto: «Optimal» təkər mərkəzi və «Şassi» mağazasında 1AZN= 1mil İstirahət və Əyləncə: “Baku Karting” 1AZN= 2,5 mil
* qeyd – “Xoşgəldim” milləri hədiyyə (1000 mil) , İlk uğurlu mil qazandığınız əməliyyatdan sonra 1000 mil Xoşgəldim bonusu hədiyyə olunur. |