“Bank of Baku” ASC cari ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
“Bank of Baku” pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ – MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri 50 milyon 707 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 978 min manat və ya 24,5% çoxdur.
Müştərilərə verilmiş kreditlər 46 milyon 595 min manat (7 milyon 632 min manat / 19,6% çox), banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1 milyon 906 min manat (1 milyon 196 min manat / 2,7 dəfə çox), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1 milyon 158 min manat (290 min manat / 33,4% çox) olub.
Hesabat dövründə bankın faiz xərcləri 22 milyon 306 min manat təşkil edib. Bu, illik müqayisədə 7 milyon 206 min manat, yaxud da 47,7% çoxdur.
Depozitlər üzrə faiz xərcləri 21 milyon 133 min manat (6 milyon 913 min manat / 48,6% çox), qiymətli kağızlar üzrə faiz xərcləri 523 min manat (343 min manat / 2,9 dəfə çox) təşkil edib.
Alınan haqq və kommisiya gəliri 6 milyon 223 min manat (1 milyon 993 min manat / 47,1% çox), xarici valyutadan zərər (məzənnə dəyişməsi daxil olmaqla) 48 min manat (21 min manat / 30,4% az) olub.
Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 9 milyon 318 min manata (1 milyon 928 min manat / 26,1% çox), ümumi və inzibati xərclər 1 milyon 365 min manata (27 min manat 2% çox), amortizasiya xərcləri 781 min manata (143 min manat / 22,4%) bərabər olub.
Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları son bir ildə 2 milyon 201 min manat və ya 6,5 dəfə artaraq 1 milyon 862 min manata çatıb.
Hesabat dövründə bankın xalis mənfəəti 8 milyon 289 min manat olub. Bu, 2025-ci ilin birinci rübü ilə müqayisədə 1 milyon 146 min manat və ya 16% çoxdur. Bank üç ayda milyon 44 min manata mənfəət vergisi ödəyib.
2026-cı ilin birinci rübünün sonunda “Bank of Baku”nun aktivlərinin həcmi 1 milyard 225 milyon manata yüksəlib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 73 milyon manat, yaxud da 6,3% artım deməkdir.
Müştərilərə verilmiş kreditlər 964 milyon 142 min manat (53 milyon 446 min manat / 5,9% çox), banklar və digər maliyyə institutlarına verilən kreditlər 108 milyon 557 min manat (64 milyon 143 min manat / 2,4 dəfə çox), ticarət və investisiya qiymətli kağızları üzrə aktivlər 67 milyon 365 min manat (14 milyon 289 min manat / 17,5% az), banklar və digər maliyyə institutlarındakı depozitlər isə 21 milyon 950 min manat (4 milyon 750 min manat / 17,8% az) olub.
Cari ilin ilk üç ayının nəticələrinə görə, bankın öhdəliklərinin həcmi 1 milyard 41 milyon manata çatıb. Bu, ötən ilin sonuna nəzərən 64 milyon manat (6,5%) çoxdur.
Bankdakı depozitlərin həcmi 813 milyon 245 min manat (72 milyon 988 min manat / 9,9% çox), kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 157 milyon 265 min manat (16 milyon 697 min manat / 11,9% çox) təşkil edib.
Bu ilin birinci rübünün sonunda “Bank of Baku”nun kapitalının həcmi ötən ilin sonu ilə müqayisədə 8 milyon 745 min manat və ya 5% artaraq 184 milyon 516 min manata yüksəlib.
Səhmdar kapitalı dəyişilməyərək 52 milyon 870 min manat təşkil edib.
Bankın bölüşdürülməmiş mənfəətinin həcmi son üç ayda 8 milyon 563 min manat (7,7%) artaraq 119 milyon 783 min manata bərabər olub.
Bankın ümumi ehtiyatları isə ötən ilin sonuna nəzərən 182 min manat (1,6%) artaraq 11 milyon 863 min manata yüksəlib.







![“Bank of Baku”nun mənfəəti 8 milyon manatı keçdi – [red]BANK BÖYÜYÜB - HESABAT[/red] | FED.az](upload/news/small/629287.jpg)
![“Bank of Baku”nun mənfəəti 8 milyon manatı keçdi – [red]BANK BÖYÜYÜB - HESABAT[/red] | FED.az](upload/news/small/4820175.jpg)
![“Bank of Baku”nun mənfəəti 8 milyon manatı keçdi – [red]BANK BÖYÜYÜB - HESABAT[/red] | FED.az](upload/news/small/694888.jpg)









