“Bank of Baku” ASC kredit portfelini son 6 ayda 7% artırıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın cari ilin II rübündə kredit portfelinin həcmi 617,8 milyon manat olub. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 40,3 milyon manat, yaxud 7% çoxdur.
Bunun da 425,5 milyon manatını istehlak, 162,2 milyon manatını biznes, 30 milyon manatını daşınmaz əmlak kreditləri, digər kreditlər isə 23,2 min manatını isə digər kreditlər təşkil edib.
Ötən ilin sonundan bu yanadək istehlak kreditlərinin həcmi 27,4 milyon manat, yəni 6,9%, biznes kreditlərinin həcmi 7,6 milyon manat (4,9%), daşınmaz əmlak kreditlərinin həcmi 5,3 milyon manat (21,5%) artıb. Digər kreditlərin həcmi 7 min manat (23,2%) azalıb.
Ümumilikdə bu dövrdə mümkün zərərlər üçün 61 milyon 794 min manat həcmində ehtiyat vəsaiti yaradılıb. Müştərilərə 556 milyon 60 min manat xalis kredit verilib.