Azərbaycanın aparıcı banklarından biri və sektorun fəal iştirakçısı olan «Bank of Baku» 2023-cü ilin 1-ci rübünü nəticəsini açıqlayıb.
Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, bank hesabat dövründə sabit böyüməkdə davam edib, mənfəəti isə 10 milyon manata yaxın olub.
1-ci rübdə «Bank of Baku»nun aktivləri daha 35 milyon manat və ya 5% artaraq 736 milyon manata yüksəlib.
Aktivlərin artımı özünü bütün istiqamətlərdə göstərib.
Kredit portfelində böyümə
Belə ki, bankın kredit portfeli daha 6 milyon manat artaraq 583 milyon manatı keçib.
Bundan 404 milyon manat istehlak kreditləri, 153 milyon maat biznes kreitləri, 26,5 milyon manat isə daşınmaz əmlak kreditləri olub.
Başqa banklardakı depozitlər 2 dəfə artıb
Qiymətli kağızlara yatırımlar isə 8,5 milyon manat artaraq 31,2 milyon manata yüksəlib.
1-ci rübdə «Bank of Baku»nun başqa banklardakı depozitləri 2 dəfədən çox artaraq 34 milyon manatdan 69 milyon manata yüksəlib.
Fiziki şəxslərnin əmanətləri 35 milyon manat yüksəlib
Hesabat dövründə bankın öhdəlikləri 25 milyon manat artaraq 603 milyon manata, depozit portfeli də o qədər artaraq 391 milyon manata yüksəlib.
Təkcə 1-ci rübdə «Bank of Baku»da fiziki şəxslərin əmanətləri 35 milyon manat artaraq 365 milyon manata qalxıb.
70 milyon manat bölüşdürülməyən mənfəəti toplanıb
«Bank of Baku»nun kapitalı isə 10 milyon manat yaxın artaraq 122 milyon manatdan 132,5 milyon manata yüksəlib. Hazırda bankın 71 milyon manat bölüşdürülməmiş mənfəəti var.
Faiz gəlirləri 40%-dən çox artıb
2023-cü ilin 1-ci rübündə «Bank of Baku»nun faiz gəlirləri 8,7 milyon manat və ya 41% artaraq 29,7 milyon manata yüksəlib.
Faiz xərcləri 8,7 milyon manat, xalis faiz gəliri isə 21 milyon manat olub.
Hesabat dövründə bankın qeyri-faiz gəliri 2,2 milyon manat, qeyri-faiz xərci isə 15,1 milyon manat olub.
Nəticədə «Bank of Baku» 1-ci rübü təqribən 8 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.
Daha 5,4 milyon manat isə əvvəlki dövrlərdə ayrılan ehtiyatlardan geri çəkilib.
10 milyon manata yaxın xalis mənfəət
Nəticədə bankın vergidən əvvəlki mənfəəti 13,4 milyon manat olub.
3,8 milyon manatlıq mənfəət vergisi ödənişindən sonra isə bankın xalis mənfyəəti 9 milyon 538 min manata yüksəlib.