Azərbaycanın ən kiçik banklarından olan Ban BTB-nin filial şəbəkəsi sürətlə kiçilir.
«Bank BTB»nin işçilərinin bir hissəsi – İXTİSAR EDİLİB
FED.az xəbər verir ki, işçilərinin bir hissəsinin ixtisarı ilə yanaşı, bankın filialları da bağlanır.
Son iki ildə Bank BTB-nin ümumilikdə 8 filialı və şöbəsi bağlanıb.
2021-ci ildə 3 filial, 2022-ci ildə isə 5 filial fəaliyyətini dayandırıb.
2021-ci ildə bankın ləğv edilmiş filial və şöbələri
1. "İçərişəhər" şöbəsi - Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 9
2. "Xətai” filialı - Yasamal rayonu, Şixəli Qurbanov küçəsi. 2/15, Qapı 8
3. "Ticarət" filialı – Yasamal A.Ağayev küçəsi 563
Nəticədə bankın filiallarının sayı 2020-ci ilin sonundakı 13- filialdan 10 filiala enib.
2022-ci ildə isə bankın ləğv edilmiş filial və şöbələri
1. "28 May" filialı - Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 20
2. “Sahil” filialı - Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, bina 191
3. "Promo" filialı - Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 174
4. "Ganclik" filiali - Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, bina 12, blok "C""
5. «Səbail» filialı - Bakı şəhəri, Yasamal M.M.Əbilov küçəsi, ev 59
Filialların hamısı 2022-ci ilin sentyabrında ləğv edilib.
Nəticədə 31 dekabr 2022 ci il tarixinə Bankın 7 filialı və 2 bölmesi mövcud olub.