Azərbaycanın ən kiçik banklarından olan «Bank BTB» işçilərinin bir hissəsini ixtisar edib.
"Bank BTB"nin sədri vəzifəsindən uzaqlaşdı - BANKDA YERDƏYİŞMƏLƏR
FED.az xəbər verir ki, 2022-ci ildə bankın işçilərinin sayı 23% və ya 78 nəfər azalıb.
Qeyd edək ki, Bank BTB-də işçilərin ixtisarlarına 2022-ci il başlayandan dərhal sonra start verilib və il boyu davam edib.
Belə ki, 2021-ci ilin sonunda bankın 341 əmək daşı olduğu halda 2022-ci ilin martın sonunda bu rəqəm 318 nəfər, 2022-ci ilin iyunun sonunda 258 nəfər, 2022-ci ilin sentyabrın sonunda 262 nəfər, 2022-ci ilin dekabrın sonunda isə 263 nəfər olub.
Qeyd edək ki, Bank BTB-nin işçilərinin sayında böyük ixtisar olduğunu bankın əmək haqqı xərclərindən də görmək mümkündür. Belə ki, 2022-ci ildə Bank BTB əmək haqqı xərci ən çox azalan banklardan olub, bankda bu məbləğ 20% aşağı düşüb.