FED.az Azərbaycanın lider bankı olan “Azərbaycan Beynəlxalq Bankı”nın gəlir mənbələrini təqdim edir.
Azərbaycan Beynəlxalq Bankının depozit portfeli 8,6 milyard manatı ötüb
2025-ci ilin 3-cü rübündə "Azərbaycan Beynəlxalq Bankı" 1 milyard 127 milyon 847 min manatlıq ümumi gəlir əldə edib. Gəlirlər arasında ən böyük pay kredit portfeli üzrə faiz gəlirlərinə məxsus olub. Bu mənbə üzrə gəlir 601 milyon 991 min manat təşkil edib və ümumi gəlirlərin 53%-nə bərabərdir.
Digər mühüm gəlir mənbəyi olan komissiya haqları 198 milyon 632 min manat təşkil edib ki, bu da gəlirlərin 18%-ini əhatə edir.
Banka üçüncü sırada ən çox gəlir gətirən mənbə qiymətli kğızlara investisiya olub, bu sahədən gəlirlər 133 milyon 355 min manat və ya ümumi gəlirlərin12% hissəsini əhatə edir.
Valyuta əməliyyatlarından gəlirlər 58 milyon 185 min manatla bankın ümumi gəlirlərinin 5%-ini təşkil edib.
Hesabat dövründə digər faiz gəlirləri 44 milyon 404 min manat olub və ümumi gəlirlərdə 4% paya malikdir. Digər qeyri-faiz gəlirləri isə 65 milyon 422 min manat səviyyəsində formalaşaraq ümumi gəlirlərin 6%-ni təşkil edib.
Bundan əlavə, digər banklara depozitlərdən gəlirlər 23 983 min manat, digər banklara kreditlərdən gəlirlər isə 18 750 min manat olub və bu iki mənbə ümumi gəlirlərin cəmi 3%-ini təşkil edib.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
601 991 | 53% |
QK-a investisiyadan gəlir |
133 355 | 12% |
Digər banklara depozitlərdən gəlirlər |
23 983 | 2% |
Digər banklara kreditlərdən gəlirlər |
1 8750 | 1% |
Komissiya haqları |
198 632 | 18% |
Valyuta əməliyyatlarından gəlirlər |
58 185 | 5% |
Digər faiz gəlirləri |
44 404 | 4% |
Digər qeyri-faiz gəlirləri |
65 422 | 6% |
|
||
CƏMİ GƏLİRLƏR |
1 127 847 | 100% |