FED.az Azərbaycanın ən kiçik banklarından olan “Bank Avrasiya”nın gəlir mənbələrini təqdim edir.
2024-cü ilin ikinci rübünün nəticələrinə görə nəticələrinə görə “Bank Avrasiya”nın gəliri 8 milyon 450 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 21-ci yeri tutur.
Gəlirlərin ən çoxhissəsi 74% hissəsi - 6 milyon 271 min manatı kredit portfeli üzrə faizlərdən daxil olub.
Bankın ikinci böyük gəlir mənbəyi komissiya haqlarıdır – bu mənbə bankı 981 min manat və ya bütün gəlirlərin 11%-i ilə təmin edib.
Bundan başqa valyuta əməliyyatlarından gəlirlər 137 min manat olub, bu bankın bütün gəlirlərinin 2%-i deməkdir.
Qiymətli kağızlar bazarına yatırımlar isə banka 127 min manat gəlir təmin edib – ümumi gəlirlərin 2%-i.
Daha 455 min manat və ya ümumi gəlirlərin 6%-ni “Bank Avrasiya” başqa banklara ayırdığı kreditlər və depozitlərdən əldə edib.
Digər faiz gəlirləri üzrə 457 min manat yəni ümumi gəlirlərin 4%-i , digər qeyri-faiz gəlirləri üzrə isə 22 min manat yəni ümumi gəlirlərin 1%-i həcmində gəlir əldə edib .
Ümumiyyətlə, “Bank Avrasiya”nın gəlirlərinin 88%-i faiz, yalnız 12%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
6 271 |
74% |
Komissiya haqları |
981 |
11% |
Valyuta əməliyyatlarından gəlirlər |
137 |
2% |
QK-a investisiyadan gəlir |
127 |
2% |
Digər banklara depozitlərdən gəlirlər |
216 |
3% |
Digər banklara kreditlərdən gəlirlər |
239 |
3% |
Digər faiz gəlirləri |
457 |
4% |
Digər qeyri-faiz gəlirləri |
22 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
8 450 |
100% |