“Bank Avrasiya” ASC 2024-cü ilin II rübünün maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bank II rübdə bankın faiz gəlirləri 704 min manat və ya 9% azalaraq 7 milyon 310 min manat, faiz xərcləri isə 524 min manat və ya 32% azalaraq 1 milyon 152 min manat təşkil edib.
“Premium Bank” yenə kiçilib, - ŞİRKƏTLƏR BANKDAKI 30 MİLYON MANAT PULU GERİ ÇƏKİBLƏR - HESABAT
Bu dövrdə bank müştərilərinə verdiyi kreditlərdən 6 milyon 271 min manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 73 min manat və ya 1% çoxdur.
Beləliklə xalis faiz gəlirləri 5 milyon 775 min manat olub ki, bu da illik müqayisədə 695 min manat və ya 11% azdır.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 1 milyon 140 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 813 min manata bərabər olub.
İllik müqayisədə gəlirlər 4 min manat artıb , xərclər isə 14 min manat azalıb.
Beləliklə, bank bu dövrdə 3 milyon 102 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-ci ilə nisbətən 676 min (18%) azdır.
"Bank Avrasiya" II rübü 1 milyon 54 min manat xalis mənfəətlə başa vurub.
İllik müqayisədə bankın xalis mənfəəti son bir ildə 1 milyon 219 min manat, başqa sözlə 54% (2 dəfə) aşağı düşüb.
Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
Bu rübdə bankın aktivləri 6% və ya 11 milyon 640 min manat artaraq 196 milyon 178 min manata düşüb.
Bu dövrdə “Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2% (2 milyon 298 min manat) azalaraq 134 milyon 872 min manata düşüb.
Kredit portfelinin 14 milyon 761 min manatını istehlak kreditləri, 64 milyon 254 min manatını biznes kreditləri, 55 milyon 857 min manatını isə ipoteka kreditləri təşkil edib.
Son bir ildə istehlak kreditləri 714 min manat (5%), biznes kreditləri 1 milyon 961 min manat (3%) azalıb, ipoteka kreditləri isə 377 min manat (1%) artıb.
Bu dövrdə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 114 milyon 601 min manat təşkil edib ki, bu da illik müqayisədə 10 milyon 502 min manat və ya 10% çoxdur.
Hesabat dövründə bankın depozit portfeli də 13 milyon 585 min manat və ya 28% artaraq 62 milyon 70 min manata çatıb.
Depozit portfelinin 58 milyon 213 min manatını fiziki şəxslərin əmanətləri, 3 milyon 857 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 15 milyon 763 min manat və ya 37% artasa da, hüquqi şəxslərin depozitləri 2 milyon 178 min manat 36% azalıb.
2024-cü ilin ilk rübündə “Bank Avrasiya”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 21 milyon 800 min manat və ya 4% artaraq 71 milyon 800 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 20 milyon 746 min manat, başqa sözlə 3,6 dəfə azalaraq 7 milyon 725 min manata düşüb.