Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin 11,3 min əmanətçisinə 1 iyun - 6 iyul tarixlərində 181,4 milyon manat kompensasiya ödəyib.
Eləcə də bax: Problemli əmanətlərin qaytarılması – ƏMƏLİYYATI BAŞLAYIR – AÇIQLAMA
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Xatırladaq ki, kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" və “Kapital Bank” ASC-lərin adlı debet kartları, “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.
“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.