2024-cü il ərzində Azərbaycandan 177.1 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 54,7 milyon dollar 44,7% artıb.
Qeyd edək ki, 2023-cü ildə 122,4 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edilib.
Təkcə dekabr ayında 8,2 milyon dollarlıq pambıq mahlıcı ixrac edilib ki, bu da illik müqayisədə 3,1 milyon dollar və ya 27% azdır.