2024-cü il ərzində Azərbaycandan 175,4 milyon dollar dəyərində pomidor ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 milyon dollar 8% artıb.
Qeyd edək ki, 2023-cü ildə 162 milyon dollar dəyərində pomidor ixrac edilib.
Təkcə dekabr ayında 20,1 milyon dollarlıq pomidor ixrac edilib ki, bu da illik müqayisədə 1,2 milyon dollar və ya 6% azdır.