Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1 mlrd 006,5 mln manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda bank sisteminin – SON VƏZİYYƏTİ AÇIQLANDI - RƏQƏMLƏR
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 5,9 % azdır.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 20,9 % az, son 1 ildə isə 27,3 % azalıb.
Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,8 % təşkil edib. Bu nisbət sentyabrın sonuna 7,2 %, ötən ilin sonuna 8,3 %, ötən il oktyabrın sonuna isə 9,6 % olub. (Report)