Azərbğaycanda bank sisteminin son vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata görə, 2020-ci il oktyabrın 30-a olan vəziyyətə ölkə banklarının ümumi aktivləri 30 milyard 685 milyon manat təşkil edib.
Sentyabr ayındakı yarım milyard manatlıq azalmadan sonra oktyabrda aktivlər yenidən - 66 milyon manat artıb.
Amma ilin əvvəli ilə müqayisədə bank sektorunun aktivləri hələ də aşağıdır – ilin əvvəlindən indiyədək aktivlərin həcmi 2 milyard manat və ya 6% aşağı düşüb.
Bank sisteminin öhdəlikləri də təqribən bir o qədər azalaraq oktyabrın sonuna 26 milyard 091 milyon manat təşkli edib.
Bu azalma böyük hissədə 4 bankın bağlanması ilə əlaqədardır.
İndiyədək bank sistemi 478 milyon manat xalis mənfəət əldə edib.
Bank sisteminin vəziyyəti ilə daha ətraflı buradan və ya aşağıdakı cədvəllərdən tanış olmaq mmükündür.