Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 641,3 milyon manat təşkil edib.
Azərbaycanda bankların xalis mənfəəti - 40% ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,7 % azdır.
Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 10,9 %, son 1 ildə isə 18,4 % azalıb.
Noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,2 % təşkil edib. Bu nisbət oktyabrın sonuna da 3,2 %, ötən ilin sonuna 4,2 %, ötən il noyabrın sonuna isə 4,7 % olub. (Report)