Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr aylarında 859,4 milyon manat xalis mənfəət əldə edib.
Naxçıvanın bank sektorundakı vəziyyət açıqlandı - CƏMİ 911 MÜŞTƏRİ BANKA ƏMANƏT QOYUB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 40% çoxdur.
Bu dövrdə bankların əməliyyat gəlirləri 31,7% artaraq 3 548,1 milyon manata, əməliyyat xərcləri 27,6% artaraq 2 265,2 milyon manata, əməliyyat mənfəəti 39,7% artaraq 1 239,3 milyon manata, xüsusi ehtiyatlara ayırmaları 22,8% artaraq 183 milyon manata çatıb.
Sektorun gözlənilməz xərcləri 0,3 milyon manat, mənfəət vergisi ödəmələri isə 196,6 milyon manat təşkil edib. (Apa)