2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının cəmi iri sahibkarlığa verilən biznes kreditlərinin həcmi 8 milyard 297,3 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bu kreditlərin həcmi aylıq müqayisədə 6,4 milyon manat (0,1%), illik müqayisədə 2 milyard 45,6 milyon manat (32,7%) böyüyüb.
Qeyd edək ki, iri sahibkarlığa verilən biznes kreditlərinin həcmi 2024-cü ilin dekabrın 1-nə 8 milyard 290,9 milyon manat, ötən ilin eyni dövrünə 6 milyard 251,7 milyon manat təşkil edib.
Bundan başqa üçün xatırlatma üçün bildirək ki, 2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 787,2 milyon manat təşkil edib.
Biznes kredit portfeli aylıq müqayisədə 40,5 milyon manat (0,2%), illik müqayisədə 2 milyard 170,4 milyon manat (17,2%) böyüyüb.
Qeyd edək ki, ümumi biznes kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 14 milyard 746,7 milyon manat, ötən ilin eyni dövrünə 12 milyard 616,8 milyon manat təşkil edib.