Bu ilin yanvar-mart aylarında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 368 layihənin maliyyələşdirilməsinə 13,3 milyon manat güzəştli kredit verilib.
Eləcə də bax: 3 ayda bizneslərə ən çox sayda güzəştli kredit verən banklar – SİYAHI
FED.az xəbər verir ki, cari ilin 1 aprel tarixinədək ən çox məbləğdə güzəştli kredit verən 5 müvəkkil kredit təşkilatının siyahısını diqqətinizə çatdırır.
1. “Kapital Bank” ASC – 4 milyon manat
2. “Bank Respublika” ASC – 1,7 milyon manat
3. “Yelo Bank” ASC – 1,4 milyon manat
4. “Access Bank” QSC – 1,1 milyon manat
5. “Unibank” ASC – 1 milyon manat