2022-ci ilin yanvar-mart ayları üzrə hesabatları təqdim edirik.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu ümumilikdə 46 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir.
Güzəştli kredit mexanizmi çərçivəsində 2022-ci ilin yanvar-mart ayları üzrə 368 layihənin maliyyələşdirilməsi həyata keçirilib.
2022-ci ilin yanvar-mart ayları ərzində ən çox sayda kredit verən 5 müvəkkil kredit təşkilatının siyahısına daxildir:
1. “Bank Respublika” ASC – 92
2.”Unibank” KB ASC – 65
3. “AccessBank” QSC – 53
4. “Yelo Bank” ASC – 50
5. “Aqrarkredit” QSC BOKT – 33