Azərbaycanda bank səhmdarlarının dividend götürməsi təxirə salınıb.
Azərbaycanda bankların ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınıb.
Eləcə də bax: Təcili: Mərkəzi Bankdan yeni kredit qaydalari - AÇIQLANDI
FED.az xəbər verir ki, Azərbaycanda bankların ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınıb. Bu yenilik Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiqlədiyi «Koronavirus (COVID – 19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası»nda nəzərdə tutulub.
Mayın 1-dən qüvvəyə minən və ilin sonunadək qüvvədə olacaq qaydalara görə, Bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınmalıdır, 2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməməlidir.
Qeyd edək ki, bir qədər əvvəl eyni qayda sığorta şirkətləri üçün də tətbiq edilmişdi.