Bu ilin fevral ayı ərzində bank sektorunda 233 nəfər çalışmağa başlayb. Beləliklə, bank işçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.3% artaraq 20 834-ə çatıb.
Eləcə də bax: Azərbaycanda problemli kreditlərin həcmi son bir ildə - 25% AZALIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank bildirir.
AMB-nin məlumatına görə, ilin əvvəlindən etibarən 2 ay ərzində 505 nəfər bank sahəsində işləməyə başlayıb.
Qeyd edək ki, ötən ilin fevral ayında bank sektoruna heç bir yeni işçi gəlməmişdi və 28.02.2021-ci il tarixinə olan bank işçilərinin sayı 18 724 nəfər təşkil edirdi.