"Bank BTB" kredit verilişinə məhdudiyyət tətbiq etməyə başlayıb.
«Bank BTB» zərərlə işləməyə başladı – DEPOZİTLƏRİ AZALIR – HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, son bir həftədə nağd kredit verilişinə 3 min manat limit müəyyən edilib. Kredit üzrə illik faiz dərəcəsi 22%, komissiya isə 1-3% təşkil edir. Bildirilib ki, qərar bank rəhbərliyi tərəfindən verilib və müvəqqəti xarakter daşıyır.
Qeyd edək ki, bundan əvvəl isə bank rəsmi əmək haqqının 10 misli həcmində müştərilərə nağd pul krediti təklif edirdi.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.