Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Eləcə də bax: Azərbaycanda faiz gəlirlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Bank of Baku”, “Premium Bank”, “Naxçıvan Bank”, “Bank Respublika” və “Xalq Bank” ASC-lər, “Access Bank” QSC, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma “Xalq Bank”da (62,5%), ən az azalma isə “Access Bank”da (0,7%) qeydə alınıb.
Qalan 19 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (3 dəfə), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” ASC-də (2,9%) qeydə alınıb.