Azərbaycanda da müasir dövrün əsas çağırışlarından olan rəqəmsal bankçılığın inkişafı üzrə müsbət trend formalaşmışdır.
Eləcə də bax: Azərbaycanda ötən il təmassız ödənişlərin həcmi - KƏSKİN ARTIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 01.01.2022-ci il tarixinə ölkədə fəaliyyət göstərən 26 bankdan 24-ü tərəfindən internet bankçılıq, 22-si tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunur.
Hesabat dövründə rəqəmsal bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpır. Belə ki, 2021-ci il ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 76 mln. ədəd, həcmi isə 224.5 mlrd. manat təşkil etmişdir. Aparılan köçürmələrin say üzrə 80%-i (60.4 mln. ədəd), həcm üzrə isə 73%-i (163.1 mlrd. manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılmışdır. 2021-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2020-ci il ilə müqayisədə 63% artaraq 142 mlrd. manat olmuşdur.
2021-ci il ərzində Mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2020-ci il ilə müqayisədə 2.8 dəfə artaraq 3.9 mlrd. manat olmuşdur. (Marja)