Bu ilin yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 11,5 mln. ədəd təşkil edib, və bu kartların 65%-i (7,5 mln.) təmassız ödənişlər kartları olub.
Eləcə də bax: Azərbaycanda nağd puldan istifadə azalıb – NAZİRDƏN AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, ötən il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı illik müqayisədə 3,8 dəfə artaraq 71,8 mln. ədəd, həcmi isə 5,2 dəfə artaraq 2,6 mlrd. manata çatıb.