Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 14-nün ötənilki faiz gəlirləri əvvəlki ilə nisbətən çox olub.
Eləcə də bax: Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, bunlar “Naxçıvan Bank”, “Bank VTB Azərbaycan”, “Bank of Baku”, “Bank BTB”, “Azərbaycan Sənaye Bankı”, “PAŞA Bank”, “Rabitəbank”, “Kapital Bank”, “Unibank”, “Günay Bank”, “Bank Respublika”, “Express Bank”, “Turan Bank” və “Zıraat Bank Azərbaycan”dır.
Ən yüksək dinamika “Naxçıvan Bank”da (50,2%), ən aşağı dinamika isə “Zıraat Bank Azərbaycan”da (2,1%) qeydə alınıb.
Qalan 12 bankın isə faiz gəlirləri azalıb. Ən çox azalma “Muğan Bank”da (21,5%), ən az azalma isə “Bank Avrasiya”da (1,1%) qeydə alınıb.
Eləcə də bax: Kapital həcmi üzrə - BANKLARIN RENKİNQİ – (31.12.2020)
(Renkinq)