Bu ilin yanvarın 31-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 9 635,8 mln. manat təşkil edib.
Eləcə də bax: Əhalinin bank əmanətlərinin 88,9%-i Bakı sakinlərinin - PAYINA DÜŞÜB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bildirdiyinə görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 4,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 17,5% artıb.