1 yanvar 2022-ci il tarixində Bakı sakinlərindən cəlb olunan əhalinin bank əmanətləri 8 mlrd. 217,69 milyon manat təşkil edir, bu da ötən ilin əvvəlinə olan göstəricidən 12% çoxdur.
Eləcə də bax: 2021-ci ildə əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi - 41%-DƏK AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
1 yanvar 2022-ci il tarixinə AMB-nin məlumatına əsasən, əhalinin bütün bank əmanətlərinin 88,9%-i Bakı sakinlərinin payına düşüb.
2021-ci ildə paytaxtda əhalidən əmanətlər illik orta hesabla 3,27% dərəcə ilə qəbul olunub, respublika üzrə bu göstərici 3,4% təşkil edib.
Ümumilikdə, paytaxt sakinləri xarici valyutada əmanətlərə üstünlük verirlər. Əmanətlərin 4 milyard 563,408 milyon manatı (Bakı üzrə bütün əmanətlərin 55,5%-i) onların, 3 milyard 654,282 mln. manatı milli valyutada əmanətlərin payına düşüb (44,5%). Paytaxtda əhalidən xarici valyutada banklar tərəfindən illik orta hesabla 4,94% dərəcə, milli valyutada illik 1,18% dərəcə ilə əmanətlər qəbul olunub.
1 yanvar 2022-ci il tarixinə banklar regionlarda əhalidən 1 milyard 23,773 milyon manat məbləğində əmanətlər cəlb olunub, bu da 2021-ci ilin əvvəlinə olan göstəricidən 21,6% çoxdur.
Regionlarda Abşeron-Xızı iqtisadi rayonun əhalisi pulları banklarda saxlayır. 1 yanvar 2022-ci il tarixinə Abşeron-Xızı iqtisadi rayonunda əhalinin banklarda əmanətləri illik orta hesabla 5,1% dərəcə ilə 304,8 milyon manat təşkil edir.
Gəncə-Daşkəsən iqtisadi rayonun sakinləri 139,682 milyon manat (illik orta hesabla 5,38% dərəcə ilə), Quba-Xaçmaz iqtisadi rayonun sakinləri 82,687 milyon manat məbləğində əmanətlər cəlb ediblər (illik 4,71% dərəcə ilə).
Qalan əmanətlər digər qitisadi rayonların sakinlərinin payına düşüb.