2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının mənfəətdən vergiləri 187,4 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,4 milyon manat və ya 19,4% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının mənfəətdən vergiləri 157 milyon manat olub.