2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının əməliyyat mənfəəti 1 227,3 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 250,4 milyon manat və ya 25,6% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının əməliyyat mənfəəti 976,9 milyon manat olub.