Cari ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 21 126,5 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 1 027 milyon manat və ya 4,6% azdır.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 22 153,5 milyon manat olub.
Aylıq müqayisədə isə 488,4 milyon manat, 15,6%-lik artım qeydə alınıb.
Avqust ayının 1-nə olan xalis xarici aktivlər 20 638,1 milyon manat təşkil edib.