Cari ilin sentyabrın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 2 353,1 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 666,6 milyon manat və ya 39,5% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 1 686,5 milyon manat olub.
Aylıq müqayisədə isə 21,9 milyon manat, 0,9%-lik artım qeydə alınıb.
Avqust ayının 1-nə olan xarici öhdəliklər 2 331,2 manat təşkil edib.