2025-ci ilin martın 1-nə Azərbaycan banklarının iri sahibkarlığa verilən biznes kreditlərinin həcmi 8 milyard 332,2 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bu növ kreditlərin həcmi aylıq müqayisədə 76,5 milyon manat (0,9%), illik müqayisədə 1 milyard 237,9 milyon manat (17,4%) böyüyüb.
Qeyd edək ki, iri sahibkarlığa verilən biznes kreditlərinin həcmi 2025-ci ilin fevralın 1-nə 8 milyard 255,7 milyon manat, ötən ilin eyni dövrünə 7 milyard 94,3 milyon manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin martın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 777 milyon manat təşkil edib.
Biznes kredit portfeli aylıq müqayisədə 67,1 milyon manat (0,5%), illik müqayisədə 1 milyard 713,3 milyon manat (13,1%) böyüyüb.
Qeyd edək ki, ümumi biznes kredit portfeli 2025-ci ilin fevralın 1-nə 14 milyard 709,9 milyon manat, ötən ilin eyni dövrünə 13 milyard 63,7 milyon manat təşkil edib.