2025-ci ilin martın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 777 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Biznes kredit portfeli aylıq müqayisədə 67,1 milyon manat (0,5%), illik müqayisədə 1 milyard 713,3 milyon manat (13,1%) böyüyüb.
Qeyd edək ki, ümumi biznes kredit portfeli 2025-ci ilin fevralın 1-nə 14 milyard 709,9 milyon manat, ötən ilin eyni dövrünə 13 milyard 63,7 milyon manat təşkil edib.