2023-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 395,9 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici aylıq müqayisədə 37,2 milyon manat və ya 10% ötən ilin müvafiq dövrü ilə müqayisədə 149,7 milyon manat və ya 60,8% çoxdur.
Qeyd edək ki, cari ilin noyabrın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 358,7 milyon manat, 2022-ci ilin dekabrın 1-nə 246,2 milyon manat olub.