2023-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 336,6 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici aylıq müqayisədə 234,8 milyon manat və ya 11,2% ötən ilin müvafiq dövrü ilə müqayisədə 343,3 milyon manat və ya 17,2% çoxdur.
Qeyd edək ki, cari ilin noyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 101,8 milyon manat, 2022-ci ilin dekabrın1-nə 1 993,3 milyon manat olub.




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








